Onlayn ictimai-siyasi qəzet
Ermənistanda bu gün keçmiş diplomat Mikael Minasyana qarşı qarşı yeni cinayət işi açılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onunla bağlı 76-ya yaxın fakt və, dövlətə dəymiş 350 milyon dollar ziyandan bəhs olunur.
İşlə bağlı 13 nəfərin istintaqa cəlb olunduğu bildirilir. Onların arasında “Yerevan Mall”un direktoru Vazrik Sekoyan, DoubleTree by Hilton otelinin sahibi Tiqran Yeqoyan da var.
Yerli politoloq Suren Surenyants isə bununla bağlı başqa məqama diqqət çəkib.
Onun sözlərinə görə, Nikol Paşinyanın nazirlərindən biri Mixaelin qardaşı Qriqor Minasyandır.
“Ola bilərmi ki, Paşinyan indi xalqa “Saroyan qardaşları” haqqında “nağılı” yedirmək niyyətindədir? (Saroyan qardaşları Ermənistanda 1968-ci ildə çəkilən filmdir. Həmin filmdə biri bolşevik, digəri daşnak olan iki ermənidən bəhs olunur-red.)
Nədənsə inandırıcı görünmür: 6 illik hakimiyyət “zərərindən” sonra biz yenidən “inqilabçı romantiklər” və “korrupsioner keçmiş”lərin süjetləri əsasında “teatr” oynayırıq, romantiklərin düşərgəsində isə rolu qardaşa həvalə edirik”,-deyə Suren Surenyants yazıb.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ