İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazirdən SENSASİON ETİRAF: "Azərbaycandan qorxuruq, çünki…" - Elxan Şahinoğlu CANLIda

Azərbaycanın Ermənistana qarşı ambisiyaları və ərazi iddiaları olması ilə bağlı ciddi qorxularımız var.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bu ölkədə səfərdə olan Almaniya xarci işlər naziri Annalena Berbokla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Xüsusilə, məsələn, regional infrastrukturlara gəldikdə, Ermənistanın suverenliyi ilə bağlı müəyyən qeyd-şərtlər var. Deməli, o qorxular bu gün də mövcuddur”, - deyə Mirzoyan bildirib.

O vurğulayıb ki, sərhədlərlə bağlı problemlərin həlli üzərində işləyirlər, lakin hələlik dəqiq həlli yoxdur.

“Biz gördük ki, Ermənistan Respublikasının planlaşdırdığı təhlükəsizlik mexanizmləri effektiv deyil”, - Mirzoyan bildirib.

Qeyd edək ki, Azərbaycan Mirzoyanın işarə etdiyi “regional infrastruktur” – Zəngəzur dəhlizi ilə bağlı fikrini dəyişsə və İrandan dəhlizlə bağlı saziş imzalasa da, Ermənistan yalançı təbliğatını davam etdirir.

Qeyd edək ki, ötən gün İrəvanda olan Annalena Berbokun bu gün Azərbaycana səfər edəcəyi gözlənilir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR