Onlayn ictimai-siyasi qəzet
Hakimiyyətin özünün dediyinə görə, sülh müqaviləsində üçüncü dövlətlərin qüvvələrinin Ermənistan və Azərbaycan sərhədində olmayacağını bildirən bənd var.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu “Hayastan” müxalifət blokunun deputatı Armen Qevorqyan deyib. Onun sözlərinə görə, üçüncü dövlətlərin qüvvələrinin Ermənistan və Azərbaycan sərhədində olmayacağını bildirən bəndin sazişdə olması Avropa müşahidəçilər missiyasının mandatının 5 il (!-M.) uzadılması ilə bağlı hazırkı bəyanatlarla ziddiyyət təşkil edir.
“Ancaq bu, hamısı deyil. Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Milli Assambleyaya bildirib ki, yeni Ermənistan-Avropa İttifaqı gündəliyində təhlükəsizliklə bağlı ayrıca fəsil var və Ermənistan da Avropa Sülh Aləti proqramında iştirak üçün ikinci ərizə təqdim edib. Bu isə Avropa müşahidəçilər missiyasının mandatının 5 il uzadılması ilə bağlı hazırkı bəyanatlarla ziddiyyət təşkil edir.
Media yazır ki, müxalifət çaşqınlıq içərisindədir: Avropalı müşahidəçilər qalacaqmı? sülh sazişinin şərtləri necə olacaq? Ermənistan Xarici İşlər Nazirliyi Aİ missiyasının mandatının uzadıldığını açıqlasa da, müxalifətin çaşqınlığı davam edir.
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ