İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalifətçi Paşinyanı BELƏ TƏHQİR etdi

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan baş nazir Nikol Paşinyanın fəaliyyətini “pedofiliya” qarışığı ilə konstitusiya pozuntusu sayır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli “MediaHab TV”yə müsahibəsində bildirib.

Kazaryan son dövrdə Paşinyanın bütün görüşlərinin əsasən məktəblilərin iştirakı ilə təşkil olunduğuna diqqət çəkib. O, baş nazirin yay tətilinə baxmayaraq, yalnız məktəblilərin iştirak etdiyi tədbirlərdə göründüyünü bildirib.

“Məncə, bu, pedofiliyanın təzahürüdür və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır. Ümumiyyətlə, pedofiliya təkcə fiziki deyil, həm də uşaqların etibarsızlığından istifadə edərək psixoloji təsirdir”, - deyə Kazaryan qeyd edib.

Müxalifətçinin fikrincə, Paşinyan özünü kiçik yaşlı uşaqlarla əhatə etməyə tələsir, çünki o, öz ideyaları ilə bağlı böyüklərlə məhsuldar debat apara bilmir.

“Delimitasiya və demarkasiya məsələləri ilə bağlı fikirlərini 4-cü sinif şagirdləri arasında deyil, sahənin mütəxəssisləri arasında təbliğ edə bildimi? Əlbəttə, yox. Buna görə də o, sadəcə olaraq hər hansı peşəkar mübahisədən qaçır”, - deyə Kazaryan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR