Onlayn ictimai-siyasi qəzet
“Ermənistan” müxalifət blokunun parlament fraksiyasının üzvü Qeqam Nazaryan Kirants kəndində yerli bir jurnalistlə insident yaşayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni deputatın özü danışıb.
“Kirants mənim doğma kəndimdir və onun ətrafında baş verən kədərli hadisələr, təbii ki, məni narahat etməyə və təsir etməyə bilməz, yumşaq desək, indi baş verənləri bir daha müzakirə etmək istəmirəm. Mənim “Ermənistan” fraksiyasını (müxalif-red.) tərk etməyə nə istəyim, nə də niyyətim var”, - deyə Nazaryan bildirib.
Qeyd edək ki, Bir gün əvvəl Nazaryanla Kirantsda dövlətlərarası yolu bağlayan kənd sakinləri ilə birlikdə hərəkət edən jurnalist Ani Gevorqyan arasında söz dueli baş verib. Nazaryanın fraksiyasının ərazilərin delimitasiyası və Azərbaycana geri qaytarılmasına edilən etirazları dəstəkləyir. Lakin erməni deputat olduqca emosional şəkildə sakinlərdən yolun açılmasını tələb edib. O, kənd camaatının siyasi məqsədlər üçün istifadə olunduğunu da söyləyib: “Təklif edirəm ki, sakinlər öz problemlərini sakit şəkildə həll etsinlər, heç kim onlara qarışmasın”.
Bundan başqa, Nazaryan jurnalist Ani Gevorqyanı “sahiblərindən” sifariş alaraq Kirants ətrafında vəziyyəti təhrik etməkdə suçlayıb. Gevorqyan cavabında Nazaryanın baş nazir Nikol Paşinyanın komandası ilə sıx əlaqələr qurduğunu söyləyib.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ