İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalifətçi: “Bəyən” işarəsi, bir şüşə “samoqon”, həblər Paşinyan iqtidarının simvoludur”


“Ermənistanın gerbində erməni xalqının istədiyi hər şey  tarixi, dini çalarlar əks olunub”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Ayk Mamicanyan Nikol Paşinyanın gerblə bağlı sözlərinə bu cür reaksiya verib.

Xatırladaq ki, Paşinyan Ermənistan gerbinin hazırkı dövlətə aid olmadığını söyləmişdi.

Mamicanyanın fikrincə, bu çıxışın məqsədi Ermənistan Respublikasının yeni gerbinin yaradılması niyyəti bəyan etməkdir. Müxalif siyasətçi baş nazirə yeni gerblə bağlı “məsləhət” də verib.

“Düşünürəm ki, “layk” işarəsi və “samoqon” şüşəsi orada mütləq olmalıdır. Bir neçə il əvvəl hökumət binasına həb gətirmişdim. Bəlkə göstərərlər. Sonra böyük hərflərlə yuxarıda “təslim”, aşağıda isə “yaşamaq üçün verəcəyik” yazılacaq. Və təbii ki, onların hakimiyyətinin simvolu böyük banandır”, - deyə deputat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR