İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalif deputat: Ermənistanın AB-yə daxil olması məsələsi avantüra və saxta gündəmdir

“Ermənistanın Avropa İttifaqına daxil olması və bununla bağlı müzakirələr mövzusu avantüra və saxta gündəmdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi, daşnak siyasətçi Artsvik Minasyan deyib.

Onun sözlərinə görə, hakimiyyət süni gündəmi təbliğ etmək əvəzinə, hələ 2017-ci ildə imzalanmış Ermənistan və Aİ arasında Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişində əsası qoyulmuş layihə və təşəbbüsləri həyata keçirib. Üstəlik, sənəd Ermənistana geosiyasi seçim də təqdim etmir. “Lakin bunun əvəzinə hakimiyyət mövcud geosiyasi prosesləri nəzərə alsaq, son dərəcə təhlükəli və ciddi nəticələrə səbəb ola biləcək mövzunu gündəmə gətirib. Bu, Ermənistan cəmiyyətində parçalanma yarada, yeni gərginlik və qarşıdurma ocaqları aça bilər”, - deyə Minasyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR