İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediası: “Araik Arutyunyan iki daşın arasında qalıb”  

“Son günlər Qarabağ ətrafında baş verən hadisələr yeni vüsət alır və bu, Qarabağ erməniləri arasında ciddi təşvişə gətirib çıxarıb. Araik Arutyunyan isə iki daşın arasında qalıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Past” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Nikol Paşinyan Azərbaycanla birbaşa danışıqlara getməsi üçün Arutyunyana daim təzyiq edir, separatçı rejim isə bu məsələ ilə bağlı tamamilə fərqli yanaşma və fikirlərə malikdir, bu da birbaşa “təmas”ı istisna edir. Araik hələ də rəsmi Bakı ilə dialoqu yalnız beynəlxalq platforma çərçivəsində aparmaq istəyir.

“Arutyunyan öz növbəsində zahirən Paşinyanın ona təzyiq etmədiyini göstərir. Lakin onda Paşinyanın şəxsinə qarşı kampaniya aparacağı qorxusu var.  Görünür bu müharibə zamanı baş vermiş müxtəlif epizodlarla, Arutyunyanın hərbi əməliyyatlar zamanı oynadığı rolla bağlıdır”,-deyə qəzet yazıb.

Qəzet rəsmi İrəvanın Araikə yeni alternativlər tapa biləcəyinə də işarə vurub.

“Qeyd edək ki, Samvel Babayan Azərbaycanla birbaşa danışıqların alternativinin olmadığını əsas gətirərək Paşinyanın “xətti”ni təbliğ etməkdə davam edir. Çünki Babayanın irəli sürdüyü tezislər Azərbaycanın Telegram kanallarında fəal şəkildə tirajlanır”,-deyə “Past” iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR