İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisinin çörəyini yeyən amerikalı senatorun başı dərddə – Menendezi “halal ət” şirkətinə nə bağlayır?

ABŞ-ın Federal Prokurorluğu və Federal Təhqiqatlar Bürosu (FTB) Nyu-Cersi ştatının ermənipərəst senatoru, artıq federal cinayət təhqiqatı altında olan Robert Menendez və onun erməni kökənli arvadı Nadin Arslanyanın işini araşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Qəzetin bildirdiyinə görə, söhbət monopolist halal ət istehsalı müəssisəsinin, - hansı ki, o da istintaq altındadır, Menendez və arvadına dövlət qeydiyyatından keçməmiş hədiyyələrin - lüks avtomobil və Vaşinqtonda mənzil verilib-verilməmsindən gedir. Menendezlə bağlı istintaq sözügedən ət şirkətinin ofislərində və onun prezidentinin evində hökumət səviyyəsində aparılan axtarışla əlaqədardır.

Axtarış Misir hökumətinin 2019-cu ildə ABŞ-ın IS EG Halal şirkətini dünyanın istənilən yerindən ölkəyə halal ət idxalının yeganə səlahiyyətli idxalçısı etmək qərarından sonra aparılır. ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edib ki, bu addım Misirin 90 milyonluq müsəlmanı üçün ətin qiymətinin qalxmasına və bazarı sarsıtmasına gətirə bilər.

WhatsApp Image 2023-05-27 at 13.30.11.jpeg (104 KB)

Ötən oktyabr ayında - məhkəməyə çağırış vərəqələri bəlli olandan son vaxtlara qədər R.Menendezlə bağlı federal araşdırmanın irəliləməsinə dair çox az əlamət olub. Lakin iki həftə əvvəl eyni araşdırmanın tərkib hissəsi olaraq, Manhetten prokurorları Hudson çayı boyu tikinti obyektlərinin hündürlüyünü məhdudlaşdıran qanun layihəsinin Nyu-Cersi qanunvericilik orqanında ləngiməsi ilə bağlı sənədləri qaldırıb. Çağırış vərəqəsində Menendez və onun erməni arvadının, eləcə də regionun ən məşhur daşınmaz əmlak istehsalçılarından olan Fred Daybes tərəfindən irəli sürülən qanun layihəsi haqda məlumatlar istənilib.

Daybes artıq federal bank cinayətində təqsirli olduğunu etiraf edib. Lakin iş həbs müddəti tələb etmədiyi üçün dayandırılıb və bu səbəbə onun Menendezlə əlaqələri haqqında şayiələrə səbəb olub.

Menendez 2020-ci ilin oktyabrında evlənib. Senatorun 2021-ci ilin may ayında təqdim etdiyi açıqlama-hesabata görə, cütlük Nyu-Cersili məşhurlardan toy hədiyyələri alıb. 2022-ci ilin mart ayında Menendez bu hesabata arvadına məxsus aktivi – 100-250 min dollar arasında dəyişən qızıl külçələri daxil etmək üçün düzəliş edib. Lakin senatorun açıqlama-hesabatlarında avtomobil və ya mənzildən bəhs edilmir.

Menendezin sözçüsü Cennifer Morrill Vaşinqtonda bir avtomobil və mənzil, habelə senatorun həyat yoldaşının qızıl külçələri ilə bağlı sualları da əhatə eləməklə federal təhqiqatın sürətlənməsinə dair iddialara birbaşa cavab verməyib.

Xatırladaq ki, erməni lobbisinə xidmətinə və Türkiyə və Azərbaycana qarşı “vicdanlı” işlərinə görə Amerika Erməni Milli Komitəsi Menendesi ən yüksək qiymətə layiq bilib.

Ermənidən çox erməni olmağa çalışan və vaxtaşırı adı korrupsiya qalmaqallarında hallanan Rovert Menendez xüsusən də Azərbaycana qarşı fitnəkar təşəbbüsləri və çıxışları ilə tanınır. Əlbəttə ki, ABŞ Konqresində Qarabağdakı erməni separatizminin əsas dəstəkçilərindən biri odur. İşğal dönəmində o, torpaqlarımıza qanunsuz şəkildə səfər də edib...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR