İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisi ABŞ-dan inciyibmiş  

ABŞ-ın erməni diasporasının (Ay Dat) lideri Aram Ambaryan Dövlət Departamentinin baş müşaviri Lui Bononun Azərbaycanla bağlı söylədiklərinə sərt reaksiya verib.

Musavat.com erməni agentliklərə istinadən xəbər verir ki, bu barədə “yerkir.am” saytı məlumat yayıb.
ABŞ erməniləri Dövlət departamenti rəsmisinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcəyi barədə bəyanatını qəzəblə qarşılayıblar.

“Bononun sözləri ABŞ-ın zəifliyindən xəbər verir və Bayden administrasiyasının öz bəyanatlarının arxasında durmadığını göstərir”, - deyə Ambaryan bildirib.

Xatırladaq ki, bu yaxınlarda ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Luis Bono Ermənistanda olub. O, yerli mediaya müsahibəsində ABŞ-ın Bakıya qarşı sanksiyalar tətbiq etməyəcəyini bəyan edib.

“İndi sanksiyaların vaxtı deyil. Mən hər iki tərəflə işləmək, onları sülhə doğru aparmağa gəlmişəm. Sanksiyalar çox təsirsiz olacaq. Hazırda bu, heç müzakirə olunmur”, - deyə o vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR