İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni keşiş: Yaxşı edirik siyasətlə məşğul oluruq

Bu gün İrəvanda Şirak yeparxiyasının rəhbəri, Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Mikael Ajapahyanın həbs müddətinin daha 10 gün uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, məhkəmə binasının həyətində jurnalistlərə açıqlama verən diakon Artaşes Ajapahyan bunu “utanc” adlandırıb.


“Düşünün, insanların ruhani lideri həbs olunur . Bu sadəcə rüsvayçılıqdır. Burada yalnız hakimiyyət günahkar deyil. Əgər təkcə hakimiyyət günahkar olsaydı, bu qədər qanunsuz addımı atıb cəzasız qala bilməzdi.,” – deyə diakon Paşinyan hakimiyyətinə meydan oxuyub.

O, hakimiyyətin tez-tez səsləndirdiyi “ruhanilər siyasətlə məşğul olmamalıdır” bəyanatlarına cavab olaraq isə açıq şəkildə deyib:


“Ruhanilər hər zaman milli məsələlərlə məşğul olublar. Bu da milli məsələdir. Onlar milli məsələləri qəfəsə salıb adına ‘siyasət’ deyirlər və bildirirlər ki, sizə bununla məşğul olmaq qadağandır. Yaxşı etmişik ki, məşğul olmuşuq".


Xatırladaq ki, Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan hakimiyyəti zorla ələ keçirməyə çağırışda ittiham olunur.


Acapaxyan özü qatı revanşist mövqedə olan təxribatçı erməni keşişidir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR