İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hərbçilərin “UAZ”-ı dərəyə aşdı: 2 ölü

Qərbi Zəngəzur bölgəsinin Laçın rayonu ilə həmsərhəd Xnatsax kəndi yaxınlığında Ermənistana məxsus “UAZ” markalı avtomobil dərəyə aşıb, nəticədə iki nəfər ölüb.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Qeyd olunur ki, fevralın 19-da saat 19:46-da Sünik (Zəngəzur) Regional Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xnatsax kəndi yaxınlığında avtomobilin qar uçqunu nəticəsində dərəyə düşdüyü barədə məlumat daxil olub.

DİN-in regional xilasetmə bölməsinin yanğından mühafizə və xilasetmə xidmətinin iki döyüş briqadası hadisə yerinə yola düşüb. Xilasedicilər xəsarət almış 3 sərnişini avtomobildən çıxarıblar, sonra onlar Gorus şəhərinin tibb məntəqəsinə yerləşdirilib, həmçinin daha bir vətəndaşın cəsədini çıxarıblar.

Musavat.com bildirir ki, qəzada ölənlər Zoran Arzumanyan və Zorak Yeranosyan adlı hərbçilərdir..

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR