İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertdən sərt açıqlama: Ermənistandan ixrac dayandırılıb, Qərb isə...

Ruslar Ermənistan tərəfinə məktub göndərərək bir sıra şirkətlərdən bitki məhsullarının ixracını dayandırdıqlarını bildiriblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Məlumatlı və Qorunan İstehlakçı” ictimai təşkilatının sədri Babken Pipoyan Facebook səhifəsində yazıb.

“Rusiyayönlü ekspertlər indi yaman sevinirlər,. Onlar əmindirlər ki, bu, Paşinyanın anti-Rusiya siyasətinə cavabdır, anti-Rusiya tərəfdarları isə rusların “pis” olmasının səbəblərini göstərməyə çalışırlar.

Bu arada az adam bilir ki Ermənistanda bir neçə şirkətin imkanları məhdudlaşdırılıb.

Təəssüf doğurur, amma fakt odur ki, biz “ciddi vətənpərvərlər”, tərkibində artıq pestisid qalıqları olan məhsulları da istehlak etməyimizlə maraqlanmırdıq. De-fakto insan həyatı və sağlamlığı siyasi çalarlara tabedir”,-deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR