İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertdən müharibə çağırışı: "Başqa çarə yoxdur..."

“Əslində bizim iki qalamız var - Qarabağ və Ermənistan Respublikası. Hər iki qala mühasirədədir. Düşmən (Azərbaycan) bizdən bu qalalardan təslim etməyimizi istəyir.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi erməni hərbi ekspert, revanşist Karen Vrtanesyandır.

Qarabağı özününkü hesab edən erməni ekspert buna görə müharibəyə çağırışdan çəkinmir.

“Biz bir qalanı təslim edən kimi düşmən qoşunları bu qalanı mühasirəyə alıb ələ keçirəcəklər. İndi bu revanşizmdir, yoxsa rasional, ayıq, praqmatik təfəkkür?”,- deyə Karen Vrtanesyan bildirib.

Erməni revanşistin sözlərinə görə, Qərblə Rusiya arasında münaqişə kontekstində Şərqi Avropada dövlət səviyyəsində millətçilik hər cür təşviq edilir, lakin Ermənistanda bunun əksi baş verir.

“Millətçilik nadir səfərbər ideologiyalardan biridir: siz insanları liberalizmlə ekzistensial mübarizəyə sövq edə bilməzsiniz. Biz bəzi marksist ideologiyalarla sinfi mübarizə adı altında səfərbər ola bilmərik, geriyə yalnız yalnız erməni millətçiliyi qalır”, - deyə Karen Vrtanesyan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR