Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan indi kifayət qədər çətin vəziyyətdədir, çünki o, necə hərəkət edəcəyini bilmir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli strateq Karen Köçəryan deyib.
“Paşinyan əmin idi ki, “Qarabağı təslim edəcəyik, sülh şəraitində yaşayacağıq” düsturu işə yarayacaq, lakin vəziyyət əks reallıqları nümayiş etdirdi. İndi isə Paşinyan bundan sonra nə edəcəyini bilmir”, - deyə, Koçaryan bildirib.
Erməni şərhçi göstərilən reallıqları nəzərə alaraq, genişmiqyaslı hərbi əməliyyatların keçirilə biləcəyini istisna etmədiyini qeyd edib. Lakin onun fikrincə, dünyanın güc mərkəzləri buna razılıq verməlidir. “2020-ci il savaşı niyə gerçəkləşdi? Çünki bu məsələdə geosiyasi konsensus əldə olunmuşdu. Elə isə 2018-ci ildə niyə müharibə olmadı? Problem ondadır ki, Paşinyanın diplomatiyası bu konsensusun (2020-ci ildə) mümkün olması üçün hər cür şərait yaratdı”, - deyə, o bildirib.
Koçaryanın iddiasına görə, bu gün Qarabağın Azərbaycana təslim olması ilə bağlı heç bir geosiyasi konsensus yoxdur. Erməni icmalçı bu məsələdə Rusiyanın mühüm rol oynadığını etiraf edib:
“Heç olmasa, Rusiya bunun əleyhinədir, bu, Moskvanın Qarabağın ermənilərdə qalmasını istəməsi ilə bağlı deyil. Onlar (ruslar-red.) bölgədə öz mövcudluqlarını təmin etmək üçün Qarabağdakı ermənilərə ehtiyac duyurlar və bu mövcudluq öz növbəsində yalnız orada vəziyyətin “isti” (yəni gərgin-red.) olması sayəsində mümkündür. Əgər bölgədə sülh varsa, rusların orada nə işi var”, - deyə, Köçəryan hesab edir.
Koçaryanın sözlərinə görə, İrəvanla Bakı arasındakı real sülh Rusiya Federasiyası üçün də sərfəli deyil. Anti-Rusiya mərkəzləri, daha doğrusu Qərb, Qarabağın Sünik dəhlizi məsələsi olmadan Azərbaycana təslim edilməsində maraqlıdır. Onlara belə bir həll sxemi lazımdır, çünki belə olan halda, Rusiyanın regiondan çıxarılmasını asanlaşacaq və sürətlənəcək.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ