İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “İkirəqəmli iqtisadi artıma rəğmən Ermənistan əhalisi daha da pis yaşamağa başlayıb”   

 

Ermənistanda iqtisadi artım əsasən Ukraynadakı müharibənin nəticəsi olan idxal-reeksport kimi amillərə əsaslanır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan “Conceptual Platform” adlı efirdə səsləndirib.

Onun sözlərinə görə, 12,6% iqtisadi artımda 21%-ni ticarət təşkil edir ki, burada əsas pay nəqliyyat vasitələrinin alqı-satqısından ibarətdir. Belə ki, son bir ildə, avtomobil ticarətinin artımı 47% təşkil edib. “Yəni, Ermənistan avtomobil xaric başqa əmtəə növlərinin təkrar ixracı baxımından cəlbedici deyil”-deyə ekspert qeyd edib.

“Ölkəyə 1,7 milyon turistin gəlməsinə baxmayaraq, ərzaq məhsullarının istehsalının artımı cəmi 7,1 faiz, pərakəndə ticarətin artımı cəmi 2,6 faiz təşkil edib. “Pərakəndə satış artımının belə bir aşağı səviyyəsi, yüksək səviyyəli turist axını ilə birlikdə, bu artımın yalnız turizm tərəfindən idarə olunduğunu göstərir. Bütün məlumatlara çıxışınız varsa, Ermənistan vətəndaşlarının iştirakı baxımından pərakəndə ticarətin göstəricilərinin azaldığı aydın olacaq. Yəni vətəndaşlarımız üçün malların əlçatanlığı azalıb, insanlar istehlak xərclərini azaltmaq məcburiyyətində qalıblar”,-deyə Nairi Sərkisyan bildirib.

N.Sərkisyan xidmət sektorunda artımın əsas hissəsinin (28%) mehmanxana və restoran biznesinin payına düşdüyünə diqqət çəkib. Bu qədər turistin olduğu ölkədə qida sənayesi də ciddi şəkildə artım göstərməli idi. Lakin yuxarıda göstərildiyi kimi, qida sənayesinin artımı cəmi 7,1% olub.

Erməni mütəxəssis bank sektorunda da artımın müşahidə olunduğunu, lakin bunu əhalinin rifahına az təsir etdiyi qənaətindədir.

Bank sektorunun inkişafı 67,7% təşkil edib, banklar böyük gəlirlər fəaliyyət göstərirlər. “Biz belə qənaətə gəldik ki, banklar əhalidən “vergi” toplayan ikinci halqaya çevrilib. Əvvəllər vergilər, pul köçürmələri həyata keçirilərkən, indi isə yeni düzəlişlərin qəbulu ilə - vəsaitlərin nağdlaşdırılması zamanı toplanır”. İkirəqəmli iqtisadi artım deyirlər, lakin Ermənistan əhalisinin daha da pis yaşamağa başlayıb”,-deyə o vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR