Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Fransa, Hindistan və digər ölkələrlə hərbi-texniki əməkdaşlığı onun Rusiya ilə silah ticarətinə necə təsir göstərəcək?
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Aralıq dənizi Araşdırmaları Mərkəzinin analitiki Tiqran Meloyan öz rəyini bildirib..
Onun sözlərinə görə, hazırda Ermənistanla Fransa arasında münasibətlərdə Ermənistan ordusunda islahatların aparılmasına xüsusi diqqət yetirilir. 2023-cü ilin oktyabrında imzalanmış müqavilələrə əsasən, Fransa artıq Ermənistana 24 Bastion yüngül zirehli texnikası və gecəgörmə cihazları tədarük edib. Bundan əlavə, uçan obyektləri və yer-hava raketlərini aşkar etməyə qadir olan üç orta mənzilli “GroundMaster 200” radarlarının alınması üçün müqavilələr imzalanıb. 2024-cü ilin fevralında Ermənistanın Fransanın PGM şirkətindən hücum (snayper) tüfənglərini alması üçün də müqavilə imzalanıb.
Bu arada Ermənistan və Hindistan arasında əlaqələr dinamik şəkildə inkişaf edir - söhbət həm hərbi-texniki əməkdaşlıqdan, həm də peşəkar kadrların yenidən hazırlanması proqramlarından gedir. Açıq məlumatlara görə, 2022-ci ilin payızından İrəvan və Yeni Dehli arasında müxtəlif növ silahların, o cümlədən: 214 mm-lik Pinaka yaylım atəş sistemlərinin, “Konkurs” tank əleyhinə raket komplekslərinin, minaatanlar və müxtəlif döyüş sursatlarının tədarükü üçün müqavilələr imzalanıb.. Bu siyahıya həmçinin “ATAGS” 155 mm-lik artilleriya sistemləri, “ZADS” (Zen Anti-Drone System) anti-drone sistemləri, həmçinin “Akash” və “Akash-NG” hava hücumundan müdafiə sistemlərinin alınması daxildir.
Lakin erməni ekspertin fikrincə, Hindistanla hərbi-texniki sahədə əməkdaşlığın müəyyən xüsusiyyətləri var. Bəzi silah növləri heç vaxt real döyüş şəraitində sınaqdan keçirilməyib və bəzi hallarda Ermənistan ilk xarici müştəri sayılır. Deməli, Ermənistanın Hindistandan aldığı silahların effektivliyini qiymətləndirmək son dərəcə çətindir.
Teloyan Rusiyanın Hindistandan Ermənistana silah tədarükünə olduqca sakit yanaşmasına da diqqət çəkib.
“Söhbət silah standartlarında deyil, Moskvanın regionda bu və ya digər oyunçunu necə qəbul etməsindən gedir. Hindistanın Cənubi Qafqazda mövcudluğu ilə bağlı təsəvvür İranın mövcudluğu ilə müqayisə edilə bilər. Tehran və Nyu Dehlinin İrəvanla qarşılıqlı əlaqəsi Rusiya üçün heç bir ciddi problem yaratmır, Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlıq modeli isə NATO-ya üzv dövlətlərin Rusiya sərhədlərində olması təhlükəsi ilə eyniləşdirilir. Beləliklə, Hindistanın “3+3” formatına qoşulduğu halda eksklüziv versiya Moskva üçün az-çox məqbul görünür.
Bununla belə, Ermənistanın hazırkı rəhbərliyinin Moskvanın narahatlığına qulaq asacağını təsəvvür etmək çətindir. Bu gün onun prioriteti Türkiyə ilə Azərbaycan arasında mövcud olan əlaqəyə bənzər əlaqə yaratmaqdır.
İndi Ermənistanın xarici siyasətinin şaxələndirilməsi, regionda Fransa və Yunanıstandan tutmuş Hindistana qədər qeyri-regional oyunçuların aktivləşməsi gözə çarpır”,-deyə Teloyan bildirb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ