İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Ermənistanı İttifaq dövlətinə daxil edilməsi Qərbin uydurmasıdır

Heç bir Rusiya rəsmisi Ermənistanın ittifaq dövlətinin bir hissəsi olmasını təklif etməyib. Bu, Ermənistan hakimiyyətinin spekulyasiyasıdır və buna son qoyulmalıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli siyasi ekspert Tiqran Köçəryan tərəfindən səslənib.

“Bu məsələ heç bir formatda müzakirə olunmayıb. Ümumiyyətlə, Moskva indiki Ermənistan hökumətinin Rusiyaya qarşı etdiyi hər şeydən sonra Ermənistanın bu ittifaq dövlətinin (Rusiya -Belarus İttifaq dövləti) bir hissəsi olmasını həqiqətən istəyirmi”, -deyə o qeyd edib.

Köçəryana görə, Rusiyanın Ermənistanı İttifaq dövlətinə cəlb etmək istəyi sırf Qərbin uydurmasıdır..

“Xüsusilə qeyd etmək istərdim ki, mahiyyət etibarı ilə Sovet Ermənistanı indiki Ermənistandan daha suveren ölkə idi. Ermənistan ərazisində ən azı bir ölkənin qoşunları olub, indi isə lap biabırçılıqdır”,-deyə Köçəryan bildirib.

Qeyd edək ki, Ermənistanın Ittifaq dövlətinə daxil edilməsi məsələsi məhz yerli rusiyayönlü qüvvələr tərəfindən səsləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR