İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: "Ərdoğanın qalib gəlməsi Ermənistan üçün ciddi təhlükə yaradır"  

Türkiyənin hazırkı prezidenti Ərdoğanın seçkilərdə qalib gəlməsi Türkiyənin bölgədə əl-qolunu tamamilə açacaq ki, bu da Ermənistan üçün də çox təhlükəlidir.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni türkoloq Andranik İspiryan yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Ərdoğan Ermənistandan maksimum güzəşt almağa çalışacaq.

“Türkiyənin Nemesis abidəsinin ucaldılmasından sonra atdığı addımlar Ermənistan hakimiyyətinə Türkiyənin hələ də Ermənistanı dost ölkə hesab etməkdən uzaq olduğuna dair mühüm siqnaldır”, - deyə erməni ekspert qeyd edib.

Andranik İspiryan Ermənistan hakimiyyətini Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün atacaqları addımlar barədə diqqətlə düşünməyə çağırıb. Onun fikrincə, əks halda nəticələr dönməz hala gələ bilər.

İspiryan Azərbaycan prezidenti Əliyevin də Türkiyə faktorundan istifadə edərək Ermənistana təzyiqləri artırmağa çalışacağına əminliyini ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR