Onlayn ictimai-siyasi qəzet
Dünəndən etibarən Azərbaycan bir sıra teleqram kanalları vasitəsilə aktiv şəkildə Ermənistanın yeni müharibəyə hazırlaşdığı barədə xəbərlər yayır (erməni politoloq bu “aktivliyi” harada gördüyünü demir-red.). Onlar Sünik rayonunun Karaşen kəndi ərazisində tikilən kazarmadan bəhs edirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər erməni azərbaycanşünas ekspert Tatevik Ayrapetyan tərəfindən yazılıb.
Revanşist politoloq Ermənistan Müdafiə Nazirliyinin bu xəbərləri sadəcə təkzib etməklə məşğul olmasına “hiddətlənib".
“Azərbaycan hələ də əhval-ruhiyyəni yoxlayır və gördüyü yeganə şey odur ki, Ermənistan rəhbərliyi velosiped və xaşlama ətrafında müzakirələrdən başqa heç nəyə qadir deyil...”,-deyə Ayrapetyan bildirib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ