İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan sensasion açıqlama: "Mişelin açıqlamasında "Qarabağ" sözü də yoxdur...

“Sülh müqaviləsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə yekun həlli demək olacaq, İrəvan yeni güzəştlərə gedəcək. Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun sülh siyasətini qəbul edib, bu da sonda dövlətçiliyin itirilməsi bahasına başa gələ bilər. Belə bir şəraitdə hər şey gözləmək mümkündür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir Ermənistan parlamentində müxalif “Ermənistan” blokunun üzvü, deputat Andranik Tevanyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Brüsseldə baş tutan sonuncu görüş Azərbaycanın istədiyi gündəlik əsasında keçirilib.

“Sülh müqaviləsinin əsasını təşkil etməli olan beş prinsip Azərbaycan tərəfindən təqdim olunmuşdu. İrəvan onlara çox tez cavab verdi və razılaşdı. Bundan sonra Ermənistan hakimiyyəti Azərbaycanın beş təklifini tamamlamalı olan 6 bəndlik təklifi irəli sürsə də, Bakı buna məhəl qoymadı. İrəvan isə buna susmaqla cavab verdi və faktiki olaraq sülh müqaviləsinin Azərbaycan şərtləri ilə bağlanmalı olduğunu qəbul etdi”,  - erməni deputat bildirib.

A.Tevanyan Azərbaycanın beş prinsipində Qarabağa hər hansı bir statusun verilməsinin nəzərdə tutulmadığını, hətta münaqişənin özünün mövcudluğunun inkar olunduğinu xatırladıb. “Əliyev Qarabağ məsələsinin artıq bağlandığını və ermənilərin onun tam itirilməsi ilə barışmalı olduğunu bəyan edib”,- müxalif siyasətçi vurğulayıb.

“Azərbaycanın 5 prinsipini və Bakının rəsmi bəyanatlarını müqayisə etməli olsaq, Bakının gündəmində sülh müqaviləsi olduğunu görəcəyik. Bundan başqa, Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur, hətta “Qarabağ” sözünün özü də qeyd olunmur. Əvvəllər biz Mişelin hüquqi subyektivliyi nəzərdə tutan “Dağlıq Qarabağ” ifadəsini dilə gətirməsə də, “Qarabağın erməni əhalisi” ifadəsini işlətdiyini və bununla da onların hüquqları və təhlükəsizlik təminatlarından danışdığını iddia edirdik. İndi bununla bağlı heç nə danışılmır. ”, - Tevanyan bildirib.

Erməni deputat rəsmi İrəvanın Qarabağ məsələsindən çoxdan əlini üzdüyünü söyləyib.

“44 günlük müharibədən sonra Ermənistan beynəlxalq münasibətlərdə subyektivliyini, Qarabağda isə dövlətçiliyini əhəmiyyətli dərəcədə itirdi. İndi görürük ki, Ermənistanı bir tərəfdən türklər, digər tərəfdən Brüssel, üçüncü tərəfdən Moskva futbol topu kimi çiləyir. Hər kəs öz maraqlarını güdür, amma Ermənistanın maraqlarını müdafiə edən yoxdur. Ermənistan hakimiyyəti sırf öz kreslosunu qorumaqla məşğuldur. Bu müdafiəni Türkiyədən tapsalar, Türkiyənin maraqlarına xidmət edərlər. Eyni şeyi Brüssel və Moskva haqqında deyə bilərəm”, - A.Tevanyan qeyd edib.

Tevanyan “öz təcrübəsinə əsaslanaraq” Azərbaycanın qarşısına qoyduğu vəzifələri Paşinyandan aldığını iddia edib.

“İndi Bakı eyni anklavlardan danışır, lakin mən hakimiyyətin hər hansı əks arqumentlərini görmürəm. Laçında baş verənlər 9 noyabr bəyanatı ilə ziddiyyət təşkil edirdi (?) və hətta Ermənistan hakimiyyəti Azərbaycanın tələblərinin qanunsuz olduğunu bildirirdi. Lakin bir neçə gün sonra Paşinyanın Qarabağdakı havadarları (yerli qanunsuz və qondarma rejim nəzərdə tutulur-red.) erməniləri Laçını tərk etməyə çağırdılar. Yəni, əslində sonda Bakının tələb etdiyi baş verdi”, - Andranik Tevanyan fikrini bu sözlərlə yekunlaşdırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR