İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: "Vaşinqton Ermənistanın istəklərinə məhəl qoymur"

"Bir neçə gün əvvəl Laçında Azərbaycan prezidenti kifayət qədər aqressiv sözlər işlədərək Ermənistanı hədələdi".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü, Respublika Partiyasının nümayəndəsi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“İlham Əliyev Qarabağda (sülhməramlıların nəzarət etdiyi ərazidə) “dövlət idarəetmə sisteminin” ləğvini və rəhbərliyin istefasını tələb edib, əks halda sərt tədbirlər görməklə hədələyib.

İlham Əliyevin bəyanatına cavab olaraq ABŞ Dövlət Departamenti heç bir reaksiya vermədi, hətta onun amnistiya elan etməyə hazır olmasını alqışladı.

Aydındır ki, Paşinyanın çevrəsinin niyyəti Qarabağı Azərbaycana təslim etməkdir. Lakin Vaşinqton da Bakının yüksələn tonuna heç bir söz demir, bu isə qətiyyən yolverilməzdir və ciddi nəticələri özü ilə bərabər gətirir”,-deyə Tiqran Abramyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR