İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat Paşinyana: “Kimdən kadastr şəhadətnaməsi alacaqsan-Azərbaycandan?”

 

“Paşinyan iqtidarı erməni kimliyinin əsaslarını, bütün milli- mədəni dəyərlərini sarsıtmağa çalışır”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin üzvü,  revanşist Aqvan Vardanyan tərəfindən səslənib.

“Yeni dövlət və dövlətçilik konsepsiyasından danışan birisi öz əlaltıları ilə bütün dövlət qurumlarını məhv etməkdədir. O, bu yaxınlarda bəyan etdi ki, “bizim sülh müqaviləsi parametrlərimiz xalqımız üçün qəbuledilməz ola bilər, amma referendum keçirməyəcəyik”. Bu isə məsuliyyətdən yayınmaq deməkdir. Paşinyan kadastr şəhadətnaməsindən, müstəqillik referendumundan, Konstitusiyadan danışır. BMT üzvü olan dövlət deyir ki, bizdə kadastr şəhadətnaməsi yoxdur. Kimdən kadastr şəhadətnaməsi almaq istəyirsən, Azərbaycandan?”, - deyə Aqvan Vardanyan bildirib.

Revanşist deputat Nikol Paşinyana “Qarabağ Ermənistandır”, sözünü xatırladıb.

“Sən Qarabağsız Ermənistan yoxdur deyirdin, o zaman sən kimsən, burada nə işin var, niyə getmirsən? Niyə hər gün sənin rəngsiz  simanı görürük? Hər şeydən imtina edən Ermənistanın lideri ola bilməz”, - deyə Aqvan Vardanyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR