İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Mənim müxalifətçilərlə qəhvə içməyə həvəsim yoxdur”

 

“Əgər vətəndaşlar nədənsə narazıdırlarsa, o zaman digər vətəndaşların sərbəst hərəkəti haqqında qanunu pozmadan bunu ifadə etməlidirlər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu bəyanat Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Narek Qriqoryan tərəfindən səslənib.

“Biz yolları bağlayanda insanlar mehriban davrandılar, gəlib bizimlə müzakirə etdilər. Amma vətəndaşlara narahatlıq yaranırsa və bu, mübahisəyə çevrilirsə, o zaman asayiş keşikçiləri hər şeyi tənzimləməyə, insanların sərbəst hərəkətini təmin etməyə borcludurlar”, - deyə erməni deputat söyləyib.

O həmçinin Ermənistanda hakim partiyadan heç kimin bu aksiyaya qoşulmayacağına əminliyini ifadə edib. "Mən özüm Ermənistanın qanuni baş nazirinin istefası tələbinə səs verməyəcəyəm, çünki o, saxta seçkilərlə iqtidara gəlməyib”,-deyə Qriqoryan qeyd edib.

Erməni deputat indi baş verənləri 2018-ci il hadisələri ilə müqayisə edib: “Nikol Paşinyan yürüşə başladığında kimsənin “maşınına minmədi”, iradəsi var idi və cəmiyyəti sona qədər apardı. Lakin indikilərin necə yürüş etdiyini, maşınlarına necə mindiklərini görürük”.

Narek Qriqoryanın sözlərinə görə, Ermənistan vətəndaşlarının əksəriyyəti küçələrə çıxsa, onların çıxıb getməsində heç bir problem olmayacaq. “9-da biz meydana çıxdıq, bəziləri çaş-baş qaldı, bəziləri mitinq iştirakçıları idi. Çoxluğun bizim getməyimizi tələb etməsi üçün milli hərəkat olmalıdır. Lakin “Photoshop” istifadə edir və bizim inqilabımızın şəkillərini yerləşdirirlər. O ki qaldı müxalifət nümayəndələrini hakimiyyət nümayəndələri ilə qəhvə içməyə dəvət etməyə, mənə heç bir təklif gəlməyib. Onların arasında məni bir fincan qəhvəyə dəvət edəcək adam yoxdur. Bizə hər şeyi dedilər, söydülər, mənim onlarla kofe içməyə həvəsim yoxdur”, - deyə erməni deputat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR