İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır

“Qranada görüşündən sonra hansısa sənədin imzalanacağını və ya bəyanatın qəbul ediləcəyini deyə bilmərəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə oktyabrın 3-də Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sərkis Xandanyan jurnalistlərlə söhbətində bildirib.

Xandanyan Ermənistanın qırmızı xətlərinin nə olduğunu göstərib: Alma-Ata bəyannaməsinə əsaslanaraq Ermənistanın 29 800 kvadrat kilometr ərazi bütövlüyünə hörmət olunması.

O, rəsmi İrəvanın kommunikasiyaların blokunu açmaq istədiyini, lakin bunun yalnız Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində baş verə biləcəyini söyləyib.

“Azərbaycanın nəzarətində olan ermənilərin geri qaytarılması məsələsi də diqqətimizdə qalmaqda davam edir”, - deyə Komissiya rəhbəri qeyd edib.

Xandanyana görə, Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiası olmayıb və yoxdur.

Necə deyərlər, şərhsiz....

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR