İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: Əsirlərin və Qarabağ ermənilərinin məsələləri yalnız AŞPA-da müzakirə edilib

Biz AŞPA çərçivəsində əsirlərin və Qarabağ ermənilərini problemlərini müzakirə etdik. Lakin biz AŞPA-dan mandatından kənar heç nə tələb edə bilmərik.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 9-da lrəvanda mətbuat konfransında Ermənistan parlamentinin dövlət-hüquq məsələləri daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vladimir Vardanyan deyib.

Onun sözlərinə görə, AŞPA Bakıda saxlanılan erməni hərbi əsirlərin geri qaytarılması üçün əlindən gələni edib.

“AŞPA çərçivəsində qəbul edilən həmin qətnamələrdə erməni hərbi əsirlərin dərhal vətənə qaytarılması məsələsi kifayət qədər aydın şəkildə öz əksini tapıb. Yəni, biz sadəcə olaraq AŞPA-dan əlavə nəsə tələb edə bilmərik”, - deyən Vardanyan bu məsələdə hələ ki, nəzərəçarpacaq irəliləyiş gözlənilmədiyini vurğulayıb.

Erməni deputatın sözlərinə görə, eyni vəziyyət Qarabağ erməniləri məsələsində də yaranıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

18 May 2025

BÜTÜN XƏBƏRLƏR