İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərimlə bir-birimizi “qırırıq” - Xatirə İslam

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadə ilə münasibətlərindən danışıb. 

"Zaurla Günaydın" proqramında qonaq olan sənətçi aralarında yaşanan mübahisələrdən söz açıb:

"Elə görünür ki, mən od, Fəxrəddin sudur. Amma elə deyil, əksinədir. Onunla heç vaxt dərinə getmirəm. Bir-birimizi qırırıq. Normaldır, hər ailədə olur. Ən çox mübahisə adi şeylərdən olur. Səbəb belə tapa bilmirəm. Deyir, bunu niyə ora, bura qoyursan. Mən küsülü qalmağı xoşlamıram, onun isə yadından çıxmır. Tıncıxıram ki, mən barışdım, o yox. O, yadında saxlayır, unuda bilmir".

Xatirə həyat yoldaşının nəvaziş göstərməməsindən şikayətlənib:

"Neçə ildir ailəliyik, hələ bir dəfə könlümü almayıb. Ürəyi təmizdir, amma məni sığallasın, canım desin, nəvaziş olmayıb. Onlar olsa, bəlkə də nə desə, olar. Bir-iki dəfə demişəm ki, heç demirsən, 8 Martın, Sevgililər günün mübarək. Cavab verir ki, Sevgililər günü nədir, necə yaranıb? Deyir, Sevgililər günü bizim ailə qurduğumuz gündür". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR