İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəb ölkələri İsrailə qarşı müharibəyə başlayırlar? - İDDİA

Proxvatilov bütün ərəb ölkələrinin İsrailə qarşı müharibə ehtimalından danışıb.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, hərbi ekspert Vladimir Proxvatilov Qəzzada xəstəxanaya hücumdan sonra ərəb dövlətlərinin İsraillə döyüşmək üçün birləşmək imkanlarını "ikidibli təxribat" kimi qiymətləndirib.

"Total cihad olmayacaq. Düşünürəm ki, münaqişə dəyişəcək", - Proxvatilov "News.ru"-ya müsahibəsində deyib. Onun sözlərinə görə, İsrail Qəzza zolağından dinc sakinlərin çıxarılması üçün əməliyyatı dayandırıb, lakin Misir münaqişənin genişlənməsindən ehtiyat edərək onları öz ərazisinə buraxmır.

Ekspert həmçinin hesab edir ki, Qəzza zolağında çoxsaylı evlərin dağıdılması quru əməliyyatına problem yaradır, çünki bu şərtlərdə HƏMAS-ın hərbi qanadının müdafiəni təşkil etməsi daha asan olacaq.

"Düşünürəm ki, münaqişə donacaq", - deyə Proxvatilov öz fikrini bildirib və əlavə edib ki, münaqişə böyük, uzunmüddətli müharibəyə çevrilməyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR