İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla Rəisi Tehranda görüşdülər

Türkiyə Prezidenti, İran İslam Respublikasında rəsmi səfərdə olan Rəcəb Tayyip Ərdoğan Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Musavat.com bildirir ki, Ərdoğan və Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci Toplantısına həmsədrlik edəcək, burada ikitərəfli əlaqələrin bütün aspektləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensial addımlar müzakirə olunacaq.

Türkiyə Prezidentinin İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə də görüşü gözlənilir. Ərdoğan və Rəisi daha sonra yeddinci Astana görüşü üçün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İran və Türkiyə dövlət başçılarının Rusiya prezidenti ilə ayrıca görüşləri də gözlənilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR