İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla Putin yenidən görüşəcək

Türkiyə və Rusiya prezidentləri tezliklə yenidən görüşəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Rusiya prezidenti Vladimir Putinlə Taxıl sazişi ilə bağlı apardığı danışıqlara dair BMT-ni məlumatlandıracaq.

Sentyabrın 19-25-də təşkilatın Baş Assambleyasının yüksək səviyyəli həftəsi zamanı Ərdoğan Putinlə müzakirələrin nəticələrini, Rusiya prezidentinin təkliflərini BMT rəsmilərinə çatdıracaq. Daha sonra onun Putinlə yenidən görüşərək BMT ilə danışıqlarda əldə olunan nəticələri bir daha müzakirə edəcəyi gözlənilir.

Sentyabrın 4-də Soçidə keçirilən danışıqlarda kasıb Afrika ölkələrinə 1 milyon ton taxıl tədarükü ilə bağlı Putinin təklifinə Ərdoğan müsbət reaksiya verib.

“Putinin bəyanatlarından belə nəticəyə gəldik ki, “Taxıl dəhlizi” ilə bağlı danışıqlar hələ bir müddət davam edəcək. Ərdoğanın BMT-dəki təmaslarından sonra hər iki lider yenidən görüşə bilər”, – Türkiyə prezident administrasiyasına yaxın köşə yazarı Abdulkadir Selvi yazır.

Qeyd edək ki, bu gün TASS yerli diplomatik mənbəyə istinadən Türkiyənin yaxın günlərdə Qara dəniz taxıl təşəbbüsünün bərpasına dair iki ölkə prezidentləri arasında Soçidə aparılan danışıqların nəticələri barədə BMT-yə məlumat verəcəyini yazmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR