Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın öz strategiyasını dəyişdiyi iddia olunur.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın yeni dövr üçün özünə yeni imic müəyyən etdiyi və bundan sonra daha yumoristik üslubla siyasət aparacağı bildirilir.
ABŞ səfəri zamanı Mərkəzi Parkda müdafiəsiz gəzməsi, eləcə də “Reuters”in müxbiri ilə yumoristik dialoqu prezident Ərdoğanın yeni strategiya ilə hərəkət edəcəyi iddiasını ortaya atıb. Türkiyə lideri parkda vətəndaşlarla söhbət edib.
“Milli Qəzet”in yazarı Bünyamin Gülərin xəbərinə görə, seçkilərə 10 aydan az vaxt qaldığı müddətdə prezident Ərdoğanın komandası qızğın fəaliyyətə başlayıb.
Yumoristik dialoq gündəm oldu
Digər tərəfdən, Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etdiyi ABŞ-da “Reuters” müxbiri ilə söhbətinin də yeni strategiyanın bir hissəsi olduğu iddia olunur.
“Reuters”in müxbirinin sual verəcəyini görən Ərdoğan jurnalisti yanına çağırıb və onun suallarını yumoristik şəkildə cavablandırıb. Bu isə sosial mediada gündəm olub.
Aytən Novruz
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ