İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın siyasi taleyi onun zəlzələyə reaksiyasından asılıdır - CNN

“Ərdoğanın siyasi taleyi onun zəlzələyə verəcəyi reaksiyasından asılı ola bilər”.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı şərh yayımlayıb.

Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələnin prezident Rəcəb Tayyib Ərdoğan üçün seçki balansını dəyişə biləcəyini bildirən CNN Ərdoğanın zəlzələdən zərər çəkmiş bölgələrə səfər etdiyini qeyd edib:

"Ərdoğan təbii fəlakətdən çəkmiş bölgələrə səfər edir, zəlzələdən ziyan görmüş insanları təsəlli verir və minlərlə dağılmış evi bərpa edəcəyinə söz verir. Bununla belə, insanlar çoxlu cəsədin hələ də dağıntılar arasından çıxarılmamasından, meyit qoxusunun yayılmasından şikayətlənirlər".

Qeyd edək ki, 10 fevralda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydıyamanda çıxışı zamanı özü də axtarış-xilasetmə əməliyyatlarının lazımi sürətlə aparılmadığını deyib: "İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR