İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın qələbəsi Balkan ölkələrinin mətbuatında geniş əks-səda doğurub

Türkiyədəki prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi Balkan ölkələrinin mətbuatının geniş diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, dərc olunan yazılarda səsvermə prosesi və seçkinin nəticələri ilə bağlı məlumatlar oxucuların diqqətinə çatdırılıb.

Bosniya və Herseqovinanın dövlət radio və televiziyası “Ərdoğan qələbəsini elan etdi, seçiciləri Türkiyənin hər yerində bayram edir” başlığı ilə dərc etdiyi xəbərdə seçkinin nəticələri ilə bağlı məlumatları oxucuları ilə paylaşıb. Bosniya və Herseqovinanın ən çox oxunan portallarından biri olan “Klix.ba” “Ərdoğan seçkidə qalib gəldiyini elan etdi, Türkiyə Prezidenti olaraq qalacaq” sərlövhəli xəbərdə Rəcəb Tayyib Ərdoğanın rəqibini böyük fərqlə məğlub etdiyi bildirilib. Portalın yaydığı digər xəbərdə isə Ərdoğanın xalqa müraciətində səsləndirdiyi “Türkiyənin yüzilliyinin qapısını açdıq” fikrinə yer verilib.

Bosniya və Herseqovina, Serbiya, Sloveniya və Xorvatiyada yayımlanan “N1” televiziya kanalı Rəcəb Tayyib Ərdoğanın qələbəsini elan etdikdən sonra ona səs verən seçicilərin küçələrə axışaraq bayramı qeyd etdiklərini yazıb.

Serbiyanın rəsmi xəbər agentliyi “Tanyuq” isə “Türkiyə qalib gəldi” sərlövhəli məqalədə Ərdoğanın seçicilərinə təşəkkür etdiyini yazıb, seçkinin nəticələri barədə məlumatları oxucuların diqqətinə çatdırıb.

Monteneqronun dövlət radio və televiziyası “Ərdoğan: ölkənin idarə olunmasında məsuliyyəti öz üzərimizə götürdük, qalib Türkiyədir” başlığı ilə dərc etdiyi xəbərdə Rəcəb Tayyib Ərdoğanın qələbə çıxışından fikirlərə yer verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR