Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın baş naziri Ənvər İbrahimə yerli elektrik avtomobili "Togg" hədiyyə edib.
Musavat.com xəbər verir ki, Ərdoğan baş nazirlə birlikdə avtomobilə minib.
Lakin sonradan məlum olub ki, Ənvər İbrahim sürücülük təcrübəsində çətinlik çəkir. Malayziyanın baş naziri qeyd edib ki, o, adətən sürücü ilə səyahət edir, lakin özü çox nadir hallarda maşın sürür.
Xatırladaq ki, Türkiyə prezidenti İndoneziyaya səfəri çərçivəsində bu ölkənin lideri Prabovo Subiantoya da Türkiyənin yerli elektrik avtomobilini hədiyyə edib.
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ