İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın bu addımı gündəm oldu - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasiminə gedərkən yolda maraqlı anlar yaşanıb.

Musavat.com xəbər verir ki, Ərdoğan avtomobilindən düşərək onu 2 saatdan çox yağış altında əllərində bayraqla gözləyən 10 yaşlı Kübra Ateş və 6 yaşlı Metehan Ateşi salamlayıb. Bacı-qardaşla söhbət edən prezident onlara hədiyyələr verib.

Kübra Ateş sevincini bölüşüb: "Tayyib babamı gördüm. Çox xoşbəxtəm. Tayyib babamı yolda görəndə əlimi yellədim, durdu. Yanağımdan öpüb mənə hədiyyə verdi".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR