Onlayn ictimai-siyasi qəzet
“Fələstinin 1967-ci il sərhədləri daxilində müstəqil dövlət olaraq tanınması regiondakı bütün qarşıdurmaların öhdəsindən gələ bilər”.
Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, son günlər Fələstin və İsrail torpaqlarında baş verən hadisələrin Colan təpələrinə keçə biləcəyini də izləyirlər:
“İsrail və Qəzza zolağındakı toqquşma nəticəsində İsrail torpaqlarında mülki vətəndaşların ölümündən təəssüflənirik. Eyni zamanda Qəzzada da günahsız insanların bombalamasını qəbul etmirik”.
Dövlət başçısının sözlərinə görə, beynəlxalq ictimaiyyət Fələstin xalqının haqlarının təmin olunmasına söz versə də buna əməl etməyib: “Bölgədə toqquşmaların təcili dayandırılmasını və problemlərin müzakirə yolu ilə həllini istəyirik”.
R.T.Ərdoğan Fələstin, İsrail və Rusiya liderləri ilə telefon danışığı apardığını qeyd edərək bölgə dövləti kimi üzərilərinə düşənləri yerinə yetirməyə hazır olduqlarını vurğulayıb: “Bütün bunların öhdəsindən 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin tanınması ilə gəlmək olar”.
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ