İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğana tərif yağdırdılar - Almaniyadan Türkiyə açıqlaması

 

Almaniya mətbuatında Türkiyənin Rusiya-Ukrayna müharibəsində və yaranmış böhranların həllindəki rolu ilə bağlı diqqətçəkən açıqlama dərc edilib.

Musavat.com xəbər verir ki, xəbərdə koalisiya hökumətinin əsas qanadını təşkil edən Sosial Demokrat Partiyasının (SPD) sülhün silahla deyil, dialoq yolu ilə qurulmasının tərəfdarı olduğu bir daha vurğulanıb.

SPD Bundestaq Qrupunun sədri Rolf Mützeniç Almaniya kansleri Olaf Şolzun "Ukraynaya döyüş təyyarələri göndərilməsindən söhbət gedə bilməz" ifadəsini dəstəkləyib.

Mützeniç Frankfurter deyib ki, Rusiya prezidenti Vladimir Putin məqsədinə çata bilməməlidir:

"Rusiyanın Ukraynada apardığı müharibəyə son qoymaq üçün dialoq yolları bağlanmamalıdır. Biz bütün qəlbimizlə, ağlımızla sülh partiyasıyıq. Ukraynada müharibəni necə bitirmək, addım-addım sülhə və ya heç olmasa, atəşkəsə necə nail olmaq barədə düşünmək lazımdır. Təəssüf ki, indiki şəraitdə, məncə, biz bundan uzağıq. Rusiyaya çox açıq şəkildə bildirilməlidir ki, bu müharibədə qalib gələ bilməz. Ukraynanın özünü müdafiə etmək hüququ var. Buna görə də Almaniya müttəfiqləri ilə birlikdə Kiyevə silah göndərdi”.

Mützeniç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Quterreşin Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərinin çox əhəmiyyətli olduğunu bildirib, "sülhdən nə qədər uzağıq?" sualına belə cavab verib:

“Moskva hazırda atəşkəs və sülh istəmir. Bununla belə, Türkiyə prezidenti Ərdoğanın, BMT-nin baş katibi Quterreşin və beynəlxalq təşkilatların diplomatik kanallarla taxıl məhsullarının daşınması, məhbusların dəyişdirilməsi və atom elektrik stansiyalarının mühafizəsi ilə bağlı addım atması və həyata keçirməsi çox önəmlidir. Biz bu yolu qətiyyətlə davam etdirməliyik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR