Onlayn ictimai-siyasi qəzet
Konfrans Fransa-ABŞ rəhbərliyində və Məsud Bərzaninin dəstəyi ilə keçirilib. Bərzani əhəmiyyətli bir aktordur. Fransanın bu aktoru da istifadə edərək bir araya gələ bilməyən kürd komponentlərini bir yerə topladığı görünür. Yəni ABŞ-Fransa təzyiqi və Bərzaninin yol göstərməsi ilə bir araya gəliblər.
Axar.az xəbər verir ki, bunu türkiyəli təhlükəsizlik üzrə ekspert Ünal Atabay Qamışlıda aprelin 26-da keçirilən "Kürd Milli Birliyi Konfransı" adlı toplantı barədə danışarkən deyib.
Atabay onların bir araya gəlməsi üçün 2020-ci ildən bəri cəhdlərin olduğunu bildirib:
“ABŞ və Fransa Suriyanın şimalında kürdlərə İraqdakı kimi yerli idarəetmə təqdim olunmasını istəyirlər. Mən İsrailin də bunun arxasında olduğunu düşünürəm. Konfransda tənqidə açıq maddələr var. Mərkəzsizləşdirmə adı altında federal və ya muxtar idarəetmə hədəflənir. Suriyanın “dövlət adı, bayrağı, milli himni dəyişdirilsin” istənilir. Bunlar Suriyanın unitar quruluşuna hücum deməkdir”
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ