Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçıları sammitində iştirakı çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Musavat.com xəbər verir ki, görüşdə bir sıra maraqlı məsələlər müzakirə edilib.
"Amerikanın səsi" xəbər yayıb ki, Ərdoğan Zelenskini əmin edib ki, Türkiyə Ukraynadakı müharibəni ədalətli sülh yolu ilə bitirmək üçün səylərini davam etdirir.
"Ərdoğan Zelenskiyə Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmağa başladığını bildirib və əlavə edib ki, Türkiyə sülhün əsasını qoymaq üçün vasitəçilik də daxil olmaqla istənilən başqa təşəbbüsə hazırdır".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ