Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Papa XIV Leoya təbrik məktubu göndərib.
Musavat.com xəbər verir ki, Ərdoğan məktubunda qeyd edib:
“Papa Fransisklə qurduğumuz səmimi və konstruktiv dialoqun sizinlə də davam edəcəyinə tam inanıram. Türkiyə ilə Vatikan arasında münasibətlərin daha da inkişaf etdirilməsinin beynəlxalq aləmdə dözümlülüyün möhkəmlənməsinə və xüsusilə Qəzza başda olmaqla humanitar faciələrin aradan qaldırılmasına mühüm töhfə verəcəyinə dərin inamım var”.
Prezident Ərdoğan həmçinin, başda Qəzza olmaqla, humanitar fəlakətlərin sona çatdırılması üçün birgə səylərin göstərilməsi arzusunu ifadə edib.
Qeyd edək ki, yeni seçilmiş Roma Papası XIV Leo Sikstin kapellasında papalığının ilk ayinini bu gün keçirib.
Musavat.com
10 May 2025
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ