İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan yeni ildə Türkiyəni necə görmək istədiyini açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmvətənlərinə müraciəti zamanı ölkəsini 2023-cü ildə iqtisadiyyat və siyasətdə dünya liderləri sırasında görmək istədiyini bildirib.

Musavat.com-un Türkiyədə çıxan “Hürriyet” qəzetinə istinadla verdiyi xəbərə görə, Türkiyə dövlətinin başçısı əmindir ki, ölkənin beynəlxalq arenada nəinki lazımi çəki qazanmaq, hətta “əsas siyasi və iqtisadi liqalarda” ilk sıraları tutmaq üçün hər cür imkanı var.

Bundan əlavə, Ərdoğan vurğulayıb ki, 2023-cü il Türkiyə üçün əlamətdar ildir, çünki Türkiyə Cümhuriyyətinin elan edilməsindən düz 100 il keçir və ölkənin ikinci əsrə ilk növbədə enerji baxımından güclü və müstəqil ölkə kimi daxil olması lazımdır.

Bundan əvvəl prezident Qara dənizdə qaz yatağının kəşf edildiyini və onun milli enerji sisteminə qoşulması istiqamətində işlərin aparıldığını bəyan edib. Ərdoğanın sözlərinə görə, yeni yataqdan mavi yanacağın istehsalına 2023-cü ildə başlanacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR