İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan yenə Kılıçdaroğluna MEYDAN OXUDU: Heç yerə vara bilməyəcəksən!

"Əvvəl 6-lı masa deyirdi, indi 16-lı masa deyir. Bu kifayət etmir, daha da artırmaq lazımdır. Masada ortaqların sayını artırmaq nəticə verməz. Bu millətə iradə, iş, xidmətə lazımdır. Yalanla heç bir yerə vara bilməyəcəksiniz".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf (AK) Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun "16-lı masa quracağam" sözlərini şərh edərkən deyib.

O bildirib ki, Kılıçdaroğlu millətə layihə olaraq heç nə təklif edə bilməyib:

"Onlar qumar və bazarlıq masalarından o yana gedə bilmirdilər. Mən bu masaya qumar, notarius masası deməmişəm, bunu masanın ətrafındakı insanlar özləri deyir. Onlar parlament sisteminə qayıdacaqdılar. 7 vitse-prezidenti olan, mənəviyyat xətti olmayan dəhşətli sistem tətbiq edəcəkdilər. Onlar boşluqlarını doldurmaq üçün ən çirkli seçki kampaniyasını birlikdə yürütdülər. Onlar məzhəb və etnik mənşəli qarşıdurmanı qızışdırdılar. Həyat tərzlərinə görə vətəndaşlara qorxu aşıladılar. Biz vətəndaşlarımızın həyat tərzi ilə maraqlanmırıq, Kamal bəy. Bu, sizin probleminizdir. Siz bu ölkənin insanlarının həyat tərzi ilə məşğul olub, saxtakarlıq etmisiniz. Çadraya hücum etmisiniz".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR