Onlayn ictimai-siyasi qəzet
Türkiyə terrorla mübarizədə son on ildə ciddi nəticə əldə edib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin ailə üzvləri və qazilərlə iftar proqdamında çıxışı zamanı deyib.
O bildirib ki, indi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var: “Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq”.
Dövlət başçısı həmçinin terrorçulara xəbərdarlıq edib: “Sözlərinin üstündə durmasalar bizdən inciməsinlər. Son terrorçu məhv olunana qədər əməliyyatlarımızı davam etdirərik. Terrorsuz Türkiyə hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək”.//Report
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ