Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında Qara dənizdə təhlükəsiz gəmiçiliyi təmin edən təşəbbüsün yenidən bərpasını müzakirə ediblər.
Musavat.com xəbər verir ki, Kreml bu barədə məlumat yayıb.
Telefon danışığı zamanı aşağıdakı məsələlər müzakirə olunub:
Putin Ərdoğanı və bütün türk xalqını Ramazan ayı münasibətilə təbrik edib.
Energetika sahəsində birgə layihələr müzakirə edilib.
Qara dəniz taxıl razılaşmasının bərpası məsələsi müzakirə olunub.
Rusiyanın və ABŞ-ın mütəxəssisləri arasında Ər-Riyad şəhərində keçirilən son müzakirələrin nəticələri müzakirə edilib.
Suriya ilə bağlı məsələlər, ölkənin suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi əhəmiyyətinin vurğulanması da müzakirə edilən məsələlər sırasındadır.
Ərdoğan həmçinin Rusiya və ABŞ arasında dialoqu dəstəklədiyini bildirib və Türkiyənin Qara dəniz sazişinin irəliləməsinə kömək etməyə hazır olduğunu qeyd edib.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ