Onlayn ictimai-siyasi qəzet
"Türkiyədə yaşananların başında CHP dayanır. Amma günahkar AK Parti kimi göstərilir. Sizin aranızdakı ixtilaf səbəbilə etdiklərinizə bizi niyə qarışdırırsınız?"
Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İcra hakimiyyətinin rəhbəri olaraq üzərimizə düşəni edəcəyik. Vətəndaşın verdiyi vergilərin 3-5 quldur tərəfindən qəsb edilməməsi üçün çalışırıq.
Buradan CHP rəhbərliyinə səslənirəm: Səviyyəni düşürmək həvəsləriniz boşunadır. Sağa-sola böhtan atmağı buraxın. Partiyanız içindəki davalara bizi alət etməyin", - o bildirib.
Ərdoğan çıxışında Soljenitsindən misal gətirib:
"Yalan söylədiklərini bilirlər, amma utanmadan yenə yalan söyləyirlər. İndi CHP-nin etdiyi teatr oyunudan başqa bir şey deyil".
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ