İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Türkiyə-Rusiya qaz qovşağının yaradılması ilə bağlı göstəriş verib


"Trakya şəhərində yaradılması nəzərdə tutulan Türkiyə-Rusiya təbii qaz qovşağının yaradılması ilə bağlı göstəriş vermişəm".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan ölkəsinə dönərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya ilə qaz tranziti sahəsində əməkdaşlıq davam edir: “Türkiyə Rusiya ilə qaz qovşağının yaradılmasnda maraqlıdır. Bu qovşağın yaradılması üçün Enerji və Təbii Ehtiyatlar Nazirliyimizə tapşırıq vermişəm. Qovşaq Trakyada yaradılacaq. Addımlarımızı təhlükəsizlik tədbirlərinə uyğun olaraq atacağıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR