İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan “Togg”a ciddi maraq olduğunu söyləyib, bunu dövrün avtomobili adlandırdı- VİDEO  

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  “Togg” avtomobilinin Türkiyənin illərdin üzərində çalışdığı böyük uğuru olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Azərbaycanlı həmkarı Prezidenti İlham Əliyevə də “Togg” markalı avtomobilin göndərildiyini xatırladan Ərdoğan onun da məmnun qaldığını bildirib.

Ərdoğan qısa müddətdə “Togg” markalı avtomobil üçün 177 min sifariş aldıqlarını xatırladıb.

 O, Özbəkistan prezidenti və digər liderlərə də “Togg” avtomobili göndərəcəklərini qeyd edib.

“Türkiyənin sabiq baş naziri Necmettin Erbakanın “Devrim” avtomobili var idi. Biz isə dövrün avtomobilini istehsal etdik”,-deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyənin ilk yerli elektromobili “Togg” aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyevə də təqdim edilib. Mümkündür ki, yaxın perspektivdə “Togg”un Azərbaycana idxalı reallaşsın.

Bu o deməkdir ki, “Togg” Bakı-Ankara tandemini möhkəmləndirən strateji əlaqələrdə yeni istiqamət olacaq və avtomobili istehsal edən zavodun Azərbaycanda da müəssisəsi yaradıla bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR