Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasının mümkün olduğunu bildirib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə lideri Konya şəhərində gənclərlə görüşü zamanı deyib. O qeyd edib ki, proses Misirlə başlayıbsa, Suriya ilə də eynisi ola bilər və siyasətdə küskünlük olmamalıdır.
“Biz (Misir Prezidenti ilə - red.) çox fərqli şeylər haqqında danışdıq. Sonradan aldığım məlumat və xəbərlərə əsasən deyə bilərəm ki, o da görüşdən çox məmnun qalıb. Normallaşma prosesi artıq başlayıb, əvvəlcə nazirlərimiz bunu davam etdirəcək” , - deyə Ərdoğan vurğulaylb.
Dövlət başçısı Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətinin artıq normallaşdığını xatırladıb.
13 Oktyabr 2024
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ