Onlayn ictimai-siyasi qəzet
Müğənni Onur Şenerin qətli ilə bağlı danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələdən sui-istifadə edildiyini bildirib.
Musavat.com-un xəbərinə görə, Ərdoğan qeyd edib ki, musiqiçinin qətlini siyasiləşdirmək nə əxlaqa, nə də insanlığa sığır.
"Cinayətkarların layiq olduqları cəzanı almaları üçün işin gedişatını izləyəcəyəm", - Türkiyə lideri qeyd edib.
Qeyd edək ki, Onur Şener Ankara şəhərində əyləncə mərkəzlərinin birində müştərilərin istədiyi mahnını bilməməsinə görə qətlə yetirilib.
Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, araşdırma davam edir.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ