Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Somali və Efiopiya arasında uzun müddətdir davam edən gərginlik sona çatdı.
Musavat.com xəbər verir ki, Ankara şəhərində baş tutan görüşlər nəticəsində tərəflər razılığa gələrək barış elan etdilər.
Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd Ərdoğanın bu təşəbbüsünə xüsusi təşəkkürlərini bildiriblər. Onlar Türkiyənin bölgədə sülh və sabitlik üçün göstərdiyi səyləri yüksək qiymətləndiriblər.
Prezident Ərdoğan Afrika ölkələri arasında barışıq proseslərində Türkiyənin rolunu vurğulayaraq qeyd edib ki, Türkiyə regional sabitlik üçün hər zaman dəstək verməyə hazırdır.
Bu tarixi anlaşma, həmçinin Afrika regionunda diplomatik əlaqələrin möhkəmlənməsi üçün mühüm bir addım kimi qiymətləndirilir. Müzakirələr və anlaşma detalları ilə bağlı əlavə məlumatların yaxın zamanda açıqlanması gözlənilir.
Mənbə: TRT Haber
Musavat.com
13 Dekabr 2024
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ